19-05-2023
 

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyevin təhsil quruculuğunda rolu" adlı tədbir keçirilmişdir. Tədbirdə Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və onların zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların hazırlanması, müxtəlif profilli elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual insan kapitalının formalaşmasına zəmin yaratmışdı. Sosial elmlər və psixologiya fakültəsinin professoru Hikmət Əlizadə Ulu Öndər Heydər Əliyevin respublikamızda təhsilin inkişafına böyük önəm verirdiyindən bəhs etmişdir. Heydər Əliyev SSRİ dövründə, Azərbaycan respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində elm və təhsillə bağlı məsələni daim diqqət mərkəzində saxlamış, məhz onu rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkəmizdə yeni ali təhsil müəssisələri açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə zənin yaratmışdır. Xarici ölkələrdən olan tələbələrin Azərbaycanda təhsil alması istiqamətində məqsədyönümlü işlər aparılmışdır ki, bu da azərbaycanın dünyada tanınmasında xüsusi əhəmiyyət daşıyırdı. Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafına xüsusi diqqət yetirmiş, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kimya fakültələsinin tələbələri Xədicə Hüseyn və Cavid Şamilov tədbirdə çıxış edərək, Ümumilli liderin uzaqgörən siyasətindən, təhsil və elmə olan xüsusi diqqət və qayğısından bəhs etmişlər.

Digər yazılar

TÜRKİYƏNİN EGE UNİVERSİTETİ İLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB

BURAXILIŞ İŞLƏRİN MÜDAFİƏSİNƏ START VERİLDİ

BDU-DA YAZ İMTAHAN SESSİYASI BAŞLAYIB

HEYDƏR ƏLİYEVİN MİLLİ MƏNƏVİ DƏYƏRLƏRƏ QAYĞISI

HEYDƏR ƏLİYEVİN TƏHSİL QURUCULUĞUNDA ROLU

“DÖVLƏTÇİLİK TARİXİMİZDƏ CÜMHURİYYƏTİN YERİ“

GÜLBƏN MƏMMƏDOVANIN ELMİ SEMİNARI KEÇİRİLDİ

"KÜTLƏ SPEKTROSKOPİYASI METODU" MÖVZUSUNDA ELMİ SEMİNAR

BU GÜN AKADEMİK RƏFİQƏ XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR

"KİMYA VƏ KİMYA TEXNOLOGİYASI" ADLI ELMİ KONFRANS

“KİMYA GECƏSİ” ADLI TƏDBİR KEÇİRİLİB

"İLKİN MOTİVASİYA" ADLI TƏLİM KEÇİRİLİB

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI

"ASILILIQ PSİXOLOGİYASI" MÖVZUSUNDA TƏLİM

"XARİCİ DİLİN ÖYRƏNİLMƏ METODLARI" ADLI TƏDBİR

TƏLƏBƏLƏRİMİZ FƏXRİ XİYABANDA

ELMƏ GEDƏN YOL

"KİMYA - HƏYATIMIZIN PARÇASI" MÖVZUSUNDA TƏDBİR

TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ

APREL DÖYÜŞLƏRİNİN 7-Cİ İLDÖNÜMÜ