FAKÜLTƏDƏ FƏALİYYƏT GÖSTƏRƏN MÜASİR FİZİKİ TƏDQİQAT METODLARI CİHAZLARI
1. Spektroflüorimetr Cary Eclipse
Cihaz bioloji, kimyəvi və fiziki obyektlərdə 200-900 nm dalğa uzunluğu intervalında lüminsent analizi aparmağa imkan verir.
2. Atom qüvvət mikroskopu
10 nm ölçülü hissəciklərin ölçülərini ölçməyə imkan verir, 1x1 mkm ölçüdə litoqrafiya əməliyyatını yerinə yetirir, səthin relyefinin 1nm tərtibində dəyişməsini müəyyən edir.
3. Nüvə maqnit rezonansı
Kimyəvi maddələrin dəqiq quruluşunu öyrənir. Maddələrin tərkibində olan 1H, 13C, 31P, 15N, 17O və s. nüvələri təyin etmə imkanına malikdir, neft və neft məhsullarının analizlərində istifadə olunur.
4. LC-MC xrommasspektrometri
Molekul kütləsi 3000-ə qədər olan maddəıəri onların qarşılığından bir-bir ayırır və onların kütləsini, qəlpələrinin kütlələrini təyin edərək hər birinə kimyəvi quruluş verir.
5. Furye spektrometri
Uzaq, orta və yaxın infraqırmızı oblastda buraxma spektrini təyin edir, diffuziya əmsalını və bucaq altında əksolunma spektrini təyin edə bilir.
6. SF spektroskopiya Perkin-Elmer
Maddələrin işıq udmasını və işıq buraxmasını ölçür, tədqiq olunan obyektdə qatışığın mikromiqdarını təyin edir və s.
7. Derivatoqraf - kütlə spektri ilə
Maddənin temperaturdan asılı olaraq kütləsinin dəyişməsini, endotermik və ekzotermik proseslərin miqdari dəyişməsini tədqiq edir.
8. Atom absorbsiya analizatoru
Bir sıra metalları vəsfi və miqdarı təyin edir.
9. APEX II Rentgen difraktometri
Üzvi və qeyri-üzvi mənşəli bütün kristalları analiz edir, kristallarda valent rabitələrin uzunluğunu, rabitələr arasındakı bucağı, torsion bucaqları, atomlar arası məsafəni və maddələrin fəza quruluşunu öyrənir.
10. UV-vis (ultra-bənövşəyi spektrofotometr)