04-05 mart 2020-ci il tarixlərində Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Kimya: Nəzəri və Tətbiqi Tədqiqatlar” tələbələrin I Respublika Elmi konfransının keçirilməsi nəzərdə tutulmuşdur.

Konfransın keçirilməsində əsas məqsəd tələbələrin elmi tədqiqatlara marağının artırılması, həyata keçirdikləri elmi tədqiqat işlərinin aktuallığının yüksəldilməsi və müxtəlif universitetlərdə təhsil alan tələbələrin birgə elmi tədqiqat fəaliyyətinə cəlb olunmasının təşviq edilməsidir.

Konfransın təqvimi:

20.02.2020 - materialların elektron formada təqdim olunmasının son müddəti

25.02.2020 - məruzənin qəbul edilməsi haqqında təşkilat komitəsindən cavabın göndərilməsinin son tarixi

27.02.2020-konfransın proqramı göndəriləcəkdir.

 

Konfransda iştirak etmək istəyən tələbələr şablon əsasında materialı hazırlayıb doldurulmuş anketlə birgə qeyd olunan son tarixə qədər aşağıdakı e-poçt ünvanına göndərə bilərlər (şablon və anketi “Müəlliflər üçün təlimat” bölməsindən yükləmək olar):

bdu_kimya_tec@mail.ru