İşçi dillər:    Azərbaycan, İngilis və Rus dilləri

Məruzənin elekton versiyasının və anketin göndəriləcəyi ünvan:   bdu_kimya_tec@mail.ru

Materialın həcmi və formatı: A4 formatlı, 3 səh.-dən çox olmamaqla. Bütün səhifələrdə boş sahələr saxlanılmaqla (sağdan, soldan, yuxarıdan, aşağıdan: 25 mm olmaqla). İnterval 1,0. Azərbaycan, Rus və ya İngilis dillərində tərtib edilir.

Məruzənin adı: Şriftin formatı: Arial, Şrift ölçüsü: 14, böyük və qalın hərflər ilə, mərkəzdə yazılır.

Müəlliflər: Şriftin formatı: Arial, Şrift ölçüsü 12. Müəlliflərin adı və atasının adı qısa, soyad isə açıq yazılır (nümunə: A.A. Soyad) Müəlliflər bir-birindən vergül və probellə ayrılır. Çıxış edəcək müəllifin soyadının sonunda yuxarı indeksdə ulduz işarəsi qoyulur (nümunə: A.A. Soyad*).

Təşkilatın adı: Şrift ölçüsü 12, kursivlə. Təşkilatların adları arasında nöqtəli vergül qoyulur. Müəlliflər müxtəlif təşkilatlardandırlarsa, bu təkilatlar nömrələnirlər (həmmüəllifin adında yuxarı indeks, həmçinin təşkilatın adında yuxarı indeks qoyulur).

E-poçt ünvanları: Təşkilat adlarından sonra ayrıca sətirdə, ortada olmaqla yazılır. Şrift: Arial-12. Yalnız çıxış edəcək müəllifin e-poçt ünvanı yazılır.

Məruzənin mətni: Şriftin formatı və ölçüsü: Arial-12.

Ədəbiyyat siyahısı: Nömrələnir, şrift ölçüsü 12. Məruzənin mətnində ədəbiyyat istinadları kvadrat mötərizələrdə verilir.

 

Materialı şablon əsasında tərtib edə bilərsiniz: Şablon

Anket forması: Anket