Hörmətli kimyaçı alimlər və gənc tədqiqatçılar! Sizi bu konfransda iştirak etməyə dəvət edirik.
Koordinasion birləşmələr kimyasına apardığınız elmi-tədqiqat işlərinin nəticələrinə dair əvvəllər nəşr olunmamış materialları tezislər formasında konfransın təşkilat komitəsinə təqdim edə bilərsiniz.
Tezislər 1-2 səhifə olmaqla aşağıdakı tələblərə uyğun şəkildə tərtib edilməlidir:
- Tezisin adı iri hərflərlə, Times New Roman, 12 şriftlə (B) çap olunmalıdır;
- Müəllifin adı, atasının adı, soyadı, elektron ünvanı
- Tezisi göndərən müəssisə, təşkilat, firma və şəhərin adı (K)
- Tezislərin mətni kompüterdə Microsoft Word proqramında, Times New Roman, 12 şriftlə (1 abzas), 1,15 intervalla, sağ və soldan 15 mm, yuxarı və aşağıdan 15 mm məsafə saxlanılmaqla çap olunmalıdır.
- Tezislər azərbaycan, rus və ingilis dillərində A5 formatda qəbul olunur.
- məruzəçinin adının altından xətt çəkilməlidir.
Təqdim olunan tezislər göstərilən tələblərə cavab vermədiyi halda qəbul olunmayacaq.
Tezisləri 15 dekabr 2020-ci il tarixinə qədər fidan_chem@rambler.ru ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə telefonu: 055 3779168 (k.ü.f.d. Bəhmənova Fidan)
Təşkilat Komitəsi