BDU-nun kimya fakültəsində hazırda  1000 nəfərə yaxın bakalavr, 100 nəfərə yaxın magistrant təhsil alır, 27 doktorant və 22 dissertant, 11 nəfər elmlər doktoru proqramları üzrə dissertasiya üzərində çalışır. 5 nəfər xarici ölkə vətəndaşı fəlsəfə doktoru ixtisası üzrə öz təhsillərini davam etdirir.  Təhsil əyanidir. Fakültədə «Kimya», «Kimya mühəndisliyi», «Kimya müəllimliyi» ixtisasları üzrə bakalavr, 15 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır.

• Kimya ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr kimya, neft kimyası sənayesi müəssisələrində, kimya profilli elmi tədqiqat institutlarında işləyə bilər.

• Kimya müəllimliyi ixtisasını bitirən tələbələr kimya müəllimi ixtisasına yiyələnir. Onlar respublikamızın orta məktəblərində, liseylərində kim­ya müəllimi kimi kimya fənnini yüksək səviyyədə tədris edə bilərlər.
• Kimya mühəndisi ixtisasında neft və qaz, boya, kimya, plastik maddələr, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.

Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır. Bu cəmiyyət tələbələrin elmi fəaliyyətinin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır.
Fakültə Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə aşağıdakılar daxildir:
• Tələbələrin elmi fəaliyyətə marağının artırılması ilə bağlı tədbirlər 
• Intellektual oyunların təşkili 
• Fakültədaxili olimpiada yarışlarının keçirilməsi 
• Əlaçı və yaxşı oxuyan tələbələrin öz istəklərinə uyğun kafedralara istiqamətləndirilməsi 
• Elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmini 
Fakültə Tələbə Elmi Cəmiyyətinin işi güc­ləndirilmişdir. Elmi işə marağı olan tələbələr öz arzularına uyğun kafedralara təhkim olunmuşlar. Vaxtaşırı onların seminarlarda və elmi kon­franslarda məruzələri dinlənilir. Ali məktəb­lər­arası fənn olimpiadalarına hazırlıq məqsədilə məş­ğələlər təşkil olunur.
Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr seçilir və cəmiyyət sıralarına daxil edilir. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun olaraq müxtəlif kafedralara cəlb olunmuşlar. Hazırda cəmiyyətin 100 nəfərdən çox üzvi var, onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir.
Tələbə Elmi Cəmiyyəti (TEC) mütəmadi olaraq tələbələrin elmi diskusiyaya cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.
Tələbə Elmi Cəmiyyətinin (TEC) dekanlığa yaxından köməklik göstərir. Ümumi respublika olimpiadasına hazırlıq məqsədi ilə fakültə dekanlığı tərəfindən məşğələlər təşkil olunmuşdur. Tələbə Elmi Şurası da tələbə qurumu olaraq tələbələrin bu məşğələlərdə fəal iştirakını  təmin edir.

 

Fakültə Tələbə Elmi Cəmiyyətinin sədr və idarə heyəti:
 

• Sədr - Əhmədova Rahilə Coşqun
Əlaqə nömrəsi : +994 50 408 13 03 (rahilehmdova8@gmail.com)

• Sədr müavini - İsayev İsa Nizami
Əlaqə nömrəsi : +994 51 425 44 55
(isa03082001@gmail.com)

• Sədr müavini - Hüseynova Zenfira İntizam
Əlaqə nömrəsi : +994 70 549 54 54
(zemahuseynzadee@gmail.com)

                        İdarə heyəti :
1. Bağırov Rəsul Əsədulla
2. Piriyeva Vəfa Nail
3. Nuriyev Əziz Yalçın
4. Kərimli Fərəh Fazil
5. Həsənova Sevda Fərrux