“Sənaye kimyası” ETL 2020-ci ilin fevral ayında BDU-nun rektorunun müvafiq sərəncamına uyğun yaradılmışdır. Laboratoriyada elm və texnologiyanın müxtəlif sahələrində böyük potensiala malik yeni materialların yaradılmasına güclü təkan verə biləcək, həmçinin biotəbabətdə tətbiq olunan iki perspektivli və sürətlə inkişaf edən bilik sahələrinin, yəni supramolekulyar kimya və nanotexnologiyaların birləşdirilməsinə yönəlmiş intensiv tədqiqatlar aparılır.
Laboratoriyanın əməkdaşları:
- Hüseynzadə Ələkbər
- Hacıyeva Sərvinaz
- Ağayev Mircavid
- Əliyev Əlibala
- Axundzadə Hacı Vahid
Laboratoriyanın başlıca məqsədi elmi bilik və bacarıqların yaşıl kimyanın tələblərinə uyğun olaraq yeni materialların sintezi, dizaynı və ixtirasına istiqamətləndirmək üçün fundamental elm sahələrini sənaye yönümlü tədqiqatlarla əlaqələndirmək:
- Elm və təhsilin müasir müstəvidə əlaqəndirilməsi
- Tədqiqatçılar və tələbələr arasında əlaqələrin möhkəmləndirilməsi
- Tədqiqatların keyfiyyət və aktuallığının artırılması
- Aparılan elmi tədqiqatlar üçün təqaüd və qrantların əldə edilməsi
- Təcrübə və elmi mübadilə proqramlarının yaradılması və təşkili
- Elmi müzakirə və seminarların təşkili
- Xarici və yerli elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi
- Sənaye yönümlü araşdırmalara xarici və yerli investorların cəlb edilməsi
Elmi istiqamətlər:
- Yeni makroheterotsiklik birləşmələrin sintezi və onların əsasında nano ölçülü metal ve metal oksidlərlə supramolekulyar ansambllarının dizaynı və onların bioloji aktivliyinin (antibakterial, antifunqal, xərçəng əleyhinə və s.) tədqiqi
- Supramolekulyar kimya və nanotexnologiyanın qanunauyğunluqları əsasında yeni materialların alınması və onların ətraf mühitin çirklənməsi məsələlərinin həllində tətbiq sahələrin tədqiqi
- Laylı nanoquruluşların əsasında sementi gücləndirən əlavələrin sintezi və tətbiqi
- Neft-qaz texnologiyalarında tətbiqi məqsədi ilə süxur nümunələrinin strukturunun XRD/XRF metodları ilə mineraloji tədqiqi
- Yeni konsolidəedici kompozitlərin sintezi və onların neft-qaz yatağlarında qumun bərkidilməsində tətbiqi
- Xəzər hövzəsindəki yeraltı yataqlarda olan suların duzluluğunun variasiyasının öyrənilməsi
Elmi tədqiqatlar professor Ulviyyə Həsənovanın rəhbərliyi altında aparılır.
Laboratoriya aşağıda göstərilən yerli və xarici elmi müəssisələrlə sıx əməkdaşlıq edir:
Yerli müəssələr: AMEA-nın Radiasiya Problemləri İnstitutu, Azərbaycan Tibb Universiteti, AMEA-nın Fizika İnstitutu və Azərbaycan Dövlət Neft və Sanayə Universiteti.
Xarici müəssələr: Fransanın Claude Bernard Lyon 1 və Lorrein Universitetləri, Fransanın İnstitute Lumiere Matiere elmi araşdırmalar mərkəzi, Türkiyənin Yıldız Teknik, Ostim Teknik və Sivas Cümhüriyyət Universitetləri, Amerikanın Northeast Ohio Medical University, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatlar İnstitutu və İtaliyanın Pavia Universiteti.
Hal hazırda laboratoriya əməkdaşları aşağıda göstərilən qrantlarda iştirak edirlər:
- EIFBQM-5-AzTurk-1-2018-2(32)) « Yeni peptid əsaslı antimikrobial agentlərin dizaynı və in vitro/in vivo öyrənilməsi» http://sdf.gov.az/development/uploads/cari_qrant/azturk_qalib_layihelerin_siyahisi_2020.pdf
- Qum konsolidasiyası üçün yeni kimyəvi materialın hazırlanması
- Şah-Dəniz yataqlarında duzluluq variasiyasının öyrənilməsi