1964-cü ildə yaradılmışdır. 1964-1965-ci illərdə kafedraya k.e.d., prof. Mədət Əli oğlu İskəndərov, 1965-1983-cü illərdə isə k.e.d. Ziyəddin Əjdər oğlu Sadıxov rəhbərlik etmişdir. 1984-cü ildə kafedra Neft kimyası kafedrası ilə birləşdirilmiş, 1988-ci ildə yenidən müstəqil kafedra kimi ayrılmış və 1994-cü ilədək kafedraya k.e.d., prof. Vaqif Məlik oğlu Əhmədov rəhbərlik etmişdir. 1994-2019-cu illərdə kafedranın müdiri k.e.d., prof. Oktay Hümmət oğlu Əkbərov olub. 2019-cu ildən kafedranın müdiri k.e.d., professor Rasim Mirəli oğlu Alosmanovdur.
"Yüksəkmolekullu birləşmələr kimyası" kafedrasının professor-müəllim heyəti:
1. Alosmanov Rasim Mirəli oğlu - k.e.d., professor, kafedra müdiri
2. Əzizov Abdulsayid Əbdülhəmid oğlu - k.e.d., professor
3. Əkbərov Oqtay Hümmət oğlu - k.e.d., professor
4. Əkbərov Elçin Oqtay oğlu - k.e.d., professor
5. Abdullayeva Elgül Əliağa qızı - k.e.n., dosent
6. Məlikov Elvin Yaşar oğlu - k.ü.f.d., müəllim
Kafedrada son on ildə 3 elmlər doktoru, 5 kimya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.
Tədris-köməkçi heyəti:
1. Alosmanov Rasim Mirəli oğlu - k.e.d., professor, laboratoriya müdiri
2. Qafarova Səbahiyyə Ramazan qızı - k.e.n., böyük laborant
3. Məmmədova Rəsmiyyə Elbrus qızı - k.ü.f.d., böyük laborant
4. Həsənzadə Səidə Bəylər qızı - k.e.n., böyük laborant
5. Əhmədova Zərövşən İlyas qızı - k.e.n., böyük laborant
Kafedra nəzdində fəaliyyət göstərən «Metalkompleks katalizatorları» elmi-tədqiqat laboratoriyasıda, kimya elmləri namizədləri Nərgiz Firudin qızı Əhmədova, Natəvan İbrahim qızı Mahmudova, İradə Aydın qızı Bünyad-zadə Sevda Baba qızı İsmayılova elmi tədqiqat işlərini yerinə yetirirlər.
Son illərdə kafedra üzvləri tərəfindən 4 dərslik və dərs vəsaiti 2 metodik göstəriş və proqramlar hazırlanaraq çap olunmuşdur.
Kafedrada «Funksional qruplu təbii və sintetik polimerlər əsasında sorbentlərin, nanokompozitlərin sintezi və tədqiqi» mövzusu üzrə elmi-tədqiqat işləri aparılır. Hazırda kafedrada reaksiya qabiliyyətli polimerlərin sintezi və onlar əsasında praktiki faydalı məhsulların alınması sahəsində tədqiqat işlərinin nəticəsi olaraq müxtəlif istehsalat sularının ağır metalların ionlarından və zərərli üzvi birləşmələrdən (fenol və onun törəmələri) təmizlənməsi üçün sorbentlərin alınması, su səthində yayılan neft məhsulları təbəqəsinin toplanması üçün reagentlər, metal, keramika, şüşə və digər materialların yapışdırılması üçün yapışqan kompozisiyalarının hazırlanmasına aid elmi araşdırmalar aparılmaqdadır. Ağır metal ionlarının və zərərli üzvi birləşmələrin sorbsiyası üçün sorbentlər polibutadienin oksidləşmə xlorfosforlorlaşma məhsulları əsasında malein anhidridinin allil və vinil monomerləri və stirolla birgə polimerlərinin kimyəvi çevrilmə məhsulları, bitki tullantıları və ağac yonqarı əsasında hazırlanır. Suyun səthində yayılmış neft məhsullarının toplanması üçün reagent isə uzun zəncirli olefinlərin xlorfosforlaşması yolu ilə alınır. Malein anhidridinin allil efirləri və α-olefinlərlə birgə polimerləri və epoksid qətranı əsasında isə metal konstruksiyaların yapışdırılması üçün kompozitlərin alınması imkanları müəyyən edilmişdir.
Kafedra əməkdaşları aşağıda göstərilən beynəlxalq və respublika miqyaslı qrant müsabiqələrinin qalibi olmuşlar.
1. «Müxtəlif tullantı sularının, ağır metal, neft və neft məhsullarının təmizlənməsi üçün nanoməsaməli polifunksional polimer sorbentlərin sintezi» (Kral Abdul Əziz adına Elm və Texnologiya Mərkəzi, 2010-2012 KACST-BSU AZ).
2. «Polifunksional polimerlərin sintezi və onların Kür çayının ağır metal, radionuklid çirklənmələrinin region ekosisteminə təsirinin qiymətləndirilməsində tətbiqi» (Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, № EİF-2011-1(3)-82/68/4-M-40).
3. «Funksional polimerlər matrisasında metal nanohissəciklərinin və polimer-metalsulfid nanokompozitlərin alınmasının elmi-praktiki əsaslarının işlənib hazırlanması» (Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, № EİF-2012-2(6)-39/26/4-M-08)
Kafedra əməkdaşları tərəfindən 1 beynəlxalq (ABŞ) patent alınmışdır.