“Alkenilfenollar kimyası” elmi-tədqiqat laboratoriyası “Neft kimyası və kimya kafedrası” nəzdində 1991-ci ildə prof. M.R. Bayramovun təşəbbüsü ilə yaradılmışdır. Laboratoriyanın elmi rəhbəri ictimai əsaslarlarla Musa Rza oğlu Bayramovdur.
Laboratoriya əməkdaşları:
1. Bayramov Musa Rza - k.e.d., prof., laboratoriya müdiri - 0,5 şt.
2. Cavadov Misir Əhməd – k.e.n., a.e.i., dos. – 1 şt.
3. Ağayeva Mahirə Aybala – k.e.n., a.e.i. – 1 şt.
4. Məmmədov İbrahim Qərib - k.e.d., a.e.i., prof. – 0.5 şt.
5. Mehdiyeva Günay Müzakir – PhD, e.i. – 1 şt.
6. Hüseyn-zadə Ələkbər lmar - e.i. - 0,5şt.
7. Şıxaliyeva İradə Mais - e.i. - 1şt.
8. Əsgərova Güllü Muraz - e.i. - 0,5şt.
10. Cavadova Zülfiyyə Müseyib – lab. – 0,5 şt.(əvəzçi)
Laboratoriyanın elmi istiqaməti – polifunksional monomerlərin kimyası. ETL-in əməkdaşları alkenilfenollar əsasında yeni növ çoxfunksiyalı birləşmələrin alınması və onların əsasında reaksiyaqabil sooliqomer, sopolimer kompozisiyaların alınması və tədqiqi ilə məşğuldur. Laboratoriyanın əməkdaşları A.M. Məhərrəmovla birgə ilk dəfə olaraq alkenilfenolların radikal polimerləşmə prosesini inhibitorlaşdıran fenol hidroksilinin yeni yanaşma ilə təcrid olunma metodunu işləyib hazırlamışdır. Bu da alinmış yeni funksional əvəzli alkenilfenollar əsasında işıq şualarına davamlı, ekoloji cəhətdən təmiz yüksək molekullu sopolimerlərin alınması üçün yeni yol açmışdır. Sintez olunmuş alkenilfenolların aminometil törəmələrindən monomer-stabilizator kimi istifadə etməklə (3-5%) sənaye polimerlərinin işıq şualarına və istiliyə qarşı davamlığını təmin etmək olar.
Eləcə də laboratoriyada sintez olunan ekoloji təmiz yeni növ polifunksional tikici monomerlər, stirol və malein anhidridi əsasında alınan üçlü sopolimerlər radionuklidlərin sorbentləri kimi yüksək nəticələr göstərir.
ETL-də aparılan elmi-tədqiqat işləri ilə əlaqədar 1 nəfər doktorluq, 4 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir, 2 nəfər isə laboratoriyanın doktorantıdır.
Laboratoriyanın elmi istiqamətini əks etdirən “Alkenilfenollar kimyası” monoqrafiyası, 100-dən çox elmi məqalə nəşr edilmiş, 16 patent alınmışdır.
Fakültədə təhsil alan tələbələr TEC-in xətti ilə ETL-də aparılan elmi-tədqiqat işlərində yaxından iştirak edirlər. Eləcə də kafedranın tədrisi ilə ETL arasında sıx əlaqə vardır.
Laboratoriya AMEA-nın elmi-tədqiqat, REA-nın Semyonov adına “Kimyəvi fizika” institutları ilə əməkdaşlıq edir.
Laboratoriyanın əməkdaşları müxtəlif istiqamətlər üzrə aşağıdaki təhsil proqramları hazırlanmışlar:
1. Neft kimyası və neft emalı sənayesinin ekoloji problemləri
2. Patentşunaslıq
Laboratoriyanın əməkdaşlarının iştiraki ilə yazılmış 2 dərs vəsaiti nəşr edilmişdir.
1. A.M. Məhərrəmov, M.R. Bayramov, İ.Q. Məmmədov. Nüvə maqnit rezonansı spektroskopiyasında müasir metodlar, Bakı, 2006, 138 c.
2. A.M. Məhərrəmov, M.R. Bayramov. Alkenilfenollar kimyası. Bakı, 2015, 399 s.