"Analitik kimya" kafedrasının professor-müəllim heyəti:
1. Çıraqov Famil Musa oğlu - k.e.d., professor, kafedra müdiri
2. Nağıyev Xəlil Camal oğlu - k.e.d., professor
3. Babayev Əhməd Qasım oğlu - k.e.n., dosent
4. Abdullayev Rizvan Əhməd oğlu - k.e.n., dosent
5. Muğalova Gülşən Ramiz qızı - k.e.n., dosent
6. Məmmədov Polad Rasim oğlu - k.e.n., dosent
7. Həmidov Sahil Zəhid oğlu - k.e.n., dosent əvəzi
8. Xəlilova Fərqanə Qurban qızı - k.e.n., müəllim
9. Məmmədova Minayə Fərhad qızı - k.e.n., müəllim
Tədris-köməkçi heyəti:
1. Məmmədov Məmməd Namaz oğlu - laboratoriya müdiri
2. Güllərli Ülviyyə Aydın qızı - k.e.n., böyük laborant
3. Məmmədova Minayə Fərhad qızı - k.e.n., böyük laborant
4. Aslanova Fəridə Tərlan qızı - böyük laborant
5. Eyyubova Esmira Cəlil qızı - böyük laborant
6. Əfəndiyeva Nərmin Tofiq qızı - böyük laborant
7. Babayeva Lalə Şahlar - laborant
Analitik kimya kafedrasında artıq bir neçə ildir ki, fiziki-kimyəvi metodlarla qeyri-üzvi maddələrin analizi üçün üzvi reaktivlərin və xelat sorbentlərin tədqiqi» mövzusunda elmi-tədqiqat işləri aparılır. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsində kafedranın professor-müəllim heyəti, laborantları və aspirant və dissertantları iştirak edir.
Analitik kimya kafedrasında mütəmadi olaraq kafedra iclasları keçirilir və kafedranın elmi-metodiki və tədrislə əlaqədar problemləri müzakirə olunur. Dövri olaraq elmi seminarlar, tələbələrin kurs və diplom işlərinin müzakirəsi keçirilir. Elmi işlər məqalə və tezislər şəklində müxtəlif konfrans və seminarlara təqdim olunur və çap olunur.
Bütün tədris ili ərzində kafedrada sistematik olaraq kimya, biologiya və ekologiya və torpaqşünaslıq fakultələrinin birinci, ikinci və üçüncü kurs tələbələri üçün kollokviumların sualları müzakirə olunur, həmçinin magistrantların tədris yükünə uyğun olaraq yeni proqramlar tərtib olunur və buraxılış işinin mövzuları müəllimlərlə birlikdə müzakirə olunur. Təsərrüfat işləri üzrə də bəzi problemlər o cümlədən, reaktivlərin alınması, laboratoriya cihazların (FEK, pH-metr, analitik tərəzi və s.) təmiri işləri mütamadi olaraq həll edilir.
Kafedranın 2018/2019 tədris ili üçün ümumi dərs yükü 5620 saat təşkil edir.
Təhsil
Kafedrada aşağıdakı fənlər tədris olunur:
1. Bakalaır pilləsində:
• Analitik kimya-1
• Analitik kimya-2
• Fiziki-kimyəvi analiz metodları
• Kompleks birləşmələrin analitik kimyada tətbiqi
• Dərman maddələrin analizi
• Müasir analiz metodları
• Metrologiya və standartlaşdırma
• Məktəblərdə analiz metodlarının tədrisi
2. Magistr pilləsində:
• Nadir elementlərin analizi
• Rentgen spektral analiz metodları
• Ayrılma və qatılaşdırma metodu
• Spektral analiz metodları
• Xromatoqrafik analiz metodları
• Elektrokimyəvi analiz metodları
• Optiki analiz metodları
• Atom-absorbsion analiz metodu
• Konkret obyektlərin analizi
• Standartlaşdirma və sertıfıkatlaşdırma
• Ekspertızanın təşkili
• Ekspertıza obyektləri
• Kriminalistikada kimyəvi analizin tətbiqi
Elmi iş
Kafedrada üzvi və qeyri-üzvi reaktivlərdən istifadə etməklə eyni- və müxtəlifliqandlı kompleks birləşmələr sintez edilir və onların tərkibi, quruluşu və xassələri analitik kimyanın müasir metodlarından istifadə edilməklə tədqiq edilir. Tədqiq edilmiş birləşmələrdən istifadə etməklə Cu(II), Fe(III), Co(II), Ni(II), Mo(VI), V(V), Ti(IV), Sn(II,IV), Pb(II), Al(III), Ga(III), İn(III), Zr(IV), Hf(IV), Nb(V), Ta(V), W(VI) və s. metal ionlarının yüksək analitik göstəricilərə malik spektrofotometrik, ekstraksiyalı-spektrofotometrik, sorbsion-spektrofotometrik, atom-absorbsion, ekstraksiyalı atom-absobsion və polyaroqrafik təyinat metodikaları işlənib hazırlanmışdır.
Kafedra əməkdaşları tədqiqat işlərində məlum üzvi reaktivlərlə yanaşı, yeni sinif üzvi reaktivlərdən də geniş istifadə edir. Son dövrlər kafedrada piroqallol əsasında azobirləşmələr və diketonlar əsasında üzvi reaktivlərin sintezinə xüsusi diqqət ayrılmışdır.
Müxtəlifliqandlı kompleks birləşmələrin əmələ gəlmə qanunauyğunluqlarının tədqiqi və yeni sinif polimer sorbentlərin analitik kimyaya tətbiqi də kafedranın son dövrlər apardığı yeni elmi istiqamətlər sırasına daxildir. Müxtəlifliqandlı komplekslərin əmələ gəlməsi və analitik xassələrinin kompleksəmələgətirici və liqandların təbiətindən asılılığının öyrənilməsinə, üçüncü komponentlərin seçilmə qanunauyğunluqlarının müəyyənləşdirilməsinə dair hazırda kafedrada intensiv tədqiqat işləri aparılır. Eyni qayda ilə yüksək seçicilikli polimer və sopolimer sorbentlərin alınması və onların xüsusilə, ətraf mühit obyektlərində tərkibində mikromiqdar tərtibində olan, radioaktiv və zərərli təsirə malik U(VI), Th(IV), Hg(II), Cd(II) və s. metal ionlarının qatılaşdırılaraq ayrılması məqsədilə tətbiqinə yüksək diqqət yetirilir.
Tədris proqramı
Каfedrada мüxtəlif istiqamətlər üzrə aşağıdakı təhsil proqramları hazırlanmışdır:
1. Spektral analiz metodları fənni üzrə proqramm (magist pilləsi üçün)
2. Elektrokimyəvi analiz metodları (magist pilləsi üçün)
3. Biokimyəvi və bioloji analiz metodlar (magist pilləsi üçün)
4. Üzvi reaktivlərin kompleks birləşmələri və onların kimyəvi analizdə tətbiqi (magist pilləsi üçün)
5. Nümunə çəkisinin götürülməsi və analizin aparılması (magist pilləsi üçün)
6. Analiz nəticələrinin riyazi işlənməsi (magist pilləsi üçün)
7. Ayrılma və qatılaşdırma metodları» (magist pilləsi üçün)
8. Xromotoqrafik analiz metodları (magist pilləsi üçün)
9. Nadir elementlərin analizi» fənni üzrə proqramm (magist pilləsi üçün
10. Standartlaşdırma və sertifikatlaşdırma” (magistr pılləsi üçün)
11. Kriminalistikada kimyəvi analizin tətbiqi (magistr pılləsi üçün)
12. “Ekspertıza obyektləri (magistr pılləsi üçün)
13. Ekspertızanın təşkilii” (magistr pılləsi üçün)
Tədris vəsaitləri
1. Alekseev V.N. Vəsfi kimyəvi yarımmikroanaliz kursu. (I hissə). Tərcümə edənlər: Əliyeva R.Ə., Bəşirov Ə.A. 1994. 152 s.
2. Alekseev V.N. Vəsfi kimyəvi yarımmikroanaliz kursu. (II hissə). Tərcümə edənlər: Əliyeva R.Ə., Bəşirov Ə.A. 1995. 114 s.
3. Əliyeva R.Ə., Qurbanov Ə.N. Fiziki-kimyəvi analiz metodlarının nəzəri əsasları. Bakı, 2001, 266 s.
4. Əliyeva R.Ə., Hüseynli A.Q. Optiki analiz metolarından praktikum. Bakı, 2001, 110 s.
5. Əliyeva R.Ə., Qurbanov Ə.N. Analitik kimyadan vəsait, Bakı, 2002, 76 s.
6. Alekseev V.N. Vəsfi kimyəvi yarımmikroanaliz kursu. Tərcümə edənlər: Əliyeva R.Ə., Bəşirov Ə.A. 2003, 521 s.
7. Doroxova Ö.N., Proxorova Q.V. Analitik kimyadan suallar və çalışmalar. Tərcümə edənlər: Əliyeva R.Ə., Çıraqov F.M., Mahmudov K.T. 2003, 267 s.
8. Əliyeva R.Ə., Çıraqov F.M., Məmmədova S.Ş. Analitik kimyadan İngilis-Rus-Azərbaycan və Azərbaycan-Rus-İngiliscə qısa lüğət. Bakı. 2004. 168 s.
9. Əliyeva R.Ə., Çıraqov F.M., Hüseynov F.E. Analitik kimyadan praktikum. Bakı. 2004. 525 s.
10. «Analitik kimyanın əsasları». Tərcümə edənlər R.Ə.Əliyeva, F.M.Çıraqov, S.Z.Həmidov. Bakı, 2005, 440 s.
11. .Əliyeva R.Ə., Çıraqov F.M., Nağıyev X.C., Muğalova G.R. Elektrokimyəvi analiz metodları . Bakı.Elm. 2013, 232 s.
12. R.Ə.Əliyeva, M.F.Çıraqov, Ə.Q.Babayev, X.C.Nağıyev. “Analitik kimya-1 vəsfi analiz və kimyəvi analiz metodları” dərslik Bakı-2017. 248s.
Nəşrlər
Son 10 il ərzində kafedra əməkdaşlarının 80-dən artıq elmi məqaləsi Rusiya Federasiyasında nəşr olunan və bütün dünyaya yayımlanan «Аналитическая химия», «Неорганическая химия», «Координационная химия», «Диагностика материалов» «Заводская лаборатория», «Известия ВУЗов» «Химия и химическая технология», “Аналитика и контроль» və Avropanın “Polyhedron” jurnallarında nəşr olunmuşdur.
Kafedrada xarici ölkələr üçün mütəxəssis hazırlığına da xüsusi diqqət ayrılmış və indiyə qədər Vyetnam, Suriya, Əlcəzair, Misir və İran İslam Respublikası üçün analitik kimyaçılar yetişdirilmişdir. Yarandığı gündən kafedra MDB məkanından ali məktəblər və elmi-tədqiqat institutları ilə elmi əməkdaşlıq edir. Bu da kafedranın elmi istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır.
Elmi işlər məqalə və tezislər şəklində müxtəlif konfrans və seminarlara təqdim olunmuş və çap olunmuşdur. 2016-ci il ərzində 21 məqalə və tezis Respublikamızda, 5 məqalə və 7 tezis isə xaricdə dərc olunmuşdur.
Kafedrada 1 patent alınmışdır. 2017 ci il ərzində 32 məqalə və tezis Respublikamızda, 2 məqalə və 41 tezis isə xaricdə dərc olunmuşdur. 2018 ci il ərzində 17 məqalə və tezis Respublikamızda, 12 məqalə və 43 tezis isə xaricdə dərc olunmuşdur. Kafedrada elmi və elmi-pedoqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Kafedranın əməkdaşlarıı prof. F.M. Çıraqov və prof. X.C.Nağıyev BDU-nun nəzdindəki D 02.011 dissertasiya şurasının üzvləridir və şuranın bütün iclaslarında fəal iştirak etmişlər. Kafedranın əməkdaşları, dos. Ə.Q. Babayev, dos.G.R.Muğalova, dos.P.R.Məmmədov və k.e.n.S.Z.Həmidov BDU-nun nəzdindəki D 02.011 dissertasiya şurasının seminarının üzvi kimi fəaliyyət göstərmişlər
Kafedrada aşağıdakı tədris laboratoriyaları fəaliyyət göstərir:
Kafedranın 281, 285, 289, 260 və 254, saylı otaqlarda yerləşən 5 tədris laboratoriyası var.
Kafedrada tədris olunan fənnlərin qısa təsviri:
Analitik kimya – kimyanın maddələrin analizi ilə məşğul olan bölməsi olub, elm, texnika və istesalatın müxtəlif sahələrində çox mühüm əhəmiyyətə malikdir.xalq təsərrüfatının bütün sahələrində istifadə olunan xammal və istehsal olunan məhsula yüksək dəqiqlikli analitik nəzarət tələb olunur. Ərzaq məhsullarına, içməli və sənaye sularına nəzarət, ətraf mühit obyektlərinin çirklənməsinin araşdırılması və onunla mübarizə analitik metodların inkişafından asılıdır.Ona görə də «Analitik kimya» fənnində göstərilən sənaye sahələrində geniş praktiki tətbiqə malik analiz metodlarının nəzəri əsasları ətraflı tədris olunmaqla yanaşı, praktiki imkanları elm və texnikanın yeni sahələrinin inkişafında rolu araşdırılır.
Spektroskopik və xromotoqrafik analiz metodları - Müasir dövrdə spektroskopik analiz metodu böyük əhəmiyyət kəsb edir. Bu metodlar analiz edilən maddələrin optiki xassələrinə, elektromaqnit şüalarının maddənin atom və molekulları ilə təsiri zamanı enerjinin udulması və əksolunmasına əsaslanır. Müasir spektroskopik analizin metodlarının ekoloji tədqiqatlarda, mikroelementlərin təyinində təbii suların tərkibində, metalların tərkibinin təyinində aqrokimyada və s. sahələrdə istifadə edilir. Zülalların ayrılması üçün romatoqrafik metodların tətbiqi edilir. Xromotoqrafiya biologiyanın və tibbin ən müxtəlif sahələrində əczaçılıqda və kriminalistikada tədqiqat və kliniki məqsədlər üçün tətbiq olunur.
Kompleks birləşmələrin analitik kimyada tətbiqi - Analitik kimyada komponentlərin vəsfi və miqdari analizi üçün istifadə edilən çoxlu sayda təyinat reaksiyaları kompleks birləşmələrin əmələ gəlməsinə əsaslanır. Onların müxtəlif fiziki və kimyəvi xassələrindən analizin məqsədləri üçün istifadə edilir. Analitik məqsədlər üçün istifadə edilən bu cür reaksiyalara misal olaraq intensiv rəngli və ya suda həll olmayan komplekslərin alınmasına əsaslanan reaksiyaları, kompleks əmələ gətirici reaktivlərin təsiri ilə həllolmanın azalması və ya elektrod potensialının qiymətinin dəyişməsinə əsaslanan reaksiyaları, vəsfi və miqdari təyinatlarda kənar ionların pərdələnməsi, titrimetrik analizdə kompleks əmələ gəlməyə əsaslanan titrləmə reaksiyalarını və s. göstərmək olar. Bütün bunlar analitik kimyada istifadə edilən təyinat reaksiyalarının böyük əksəriyyətinin kompleks birləşmələrin alınmasına və onların xassələrinin öyrənilməsinə əsaslandığını göstərir.
Uzun illərdir ki, Bakı Dövlət Universitetinin “Analitik kimya” kafedrası ilə Gürcüstan Texniki Universiteti arasında elmi əməkdaşlıq aparılır. Akademik Q.V.Tsinsadze və prof. F.M.Çıraqovun rəhbərliyi altında kompleks birləşmələrin sintezi, onların quruluş və xassələrin öyrənilməsi, analitik tətbiqi səhəsində elmi tədqiqat işləri aparılır. Görülən elmi işlərin nəticələri elmi jurnallarda dərc edilir, konfranslarda məruzə edilir. Hər iki universitetin əməkdaşları hər iki respublikada birgə dissertasiya işlərinə rəhbərlik edirlər. 19.07.2018-ci il tarixində prof F.M.Çıraqov və prof. M.Q. Tsinsadzenin rəhbərliyi altında Gürcüstan Texniki Universitetinin əməkdaşı dissertasiya işini müdafiə etmişdir. Prof. F.M. Çıraqov “Gürcüstan kimya jurnalı”-nın redaksiya heyətinin üzvüdür.