1987-ci ildə «Ümumi və qeyri-üzvi kimya» və «Üzvi kimya» kafedralarının bazası əsasında yaradılmışdır.
Kafedraya yarandığı vaxtdan 2019-cu ilə kimi Azərbaycan Respublikasının əməkdar müəllimi, k.e.n., prof. Əyyub Teymur oğlu Əzizov rəhbərlik edib, 2019-cu ildən kafedranın müdiri k.e.d., dosent Yasin İsa oğlu Cəfərovdur.
"Kimyanın tədrisi metodikası" kafedrasının professor-müəllim heyəti:
1. Cəfərov Yasin İsa oğlu - k.e.d., dosent, kafedra müdiri
2. Əzizov Əyyub Teymur oğlu - k.e.n., professor
3. Haqverdiyev Kamil Nəsir oğlu - k.e.n., dosent
4. Şərifova Tamilla Nüsrət qızı - k.e.n., dosent
5. Məmmədov Nabir Vəli oğlu - müəllim
6. Abdinbəyova Rəna Tofiq qızı - müəllim
7. Paşayeva Arzu Əbülfət qızı - müəllim
8. Məlikyeqanova Nəzakət Şamil qızı - müəllim
Tədris-köməkçi heyəti:
1. Nəsibova Lalə Elgiz qızı - k.ü.f.d., böyük laborant
2. Rəsulova Esmira Ramiz qızı - böyük laborant
3. Ələkbərli Aynurə Adil qızı - böyük laborant
Kafedra əməkdaşları tərəfindən son beş ildə 10 kitab, 280 məqalə, 120 tezis dərc olunmuşdur. Bir ədəd respublika patenti alınmışdır.