1935-ci ildə təşkil olunmuşdur. Fiziki və kolloid kimya kafedrasına prof. Vladimir İvanoviç Tixomirov (1935-1946), dos. Abdulrəhim Əbdürrəhim  oğlu İsmayılov (1946-1957), akad. Murtuza Fətulla oğlu Nağıyev (1957-1960), prof. Səkinə Əşrəf qızı Ələkbərova (1960-1965), prof. İsrafil Səttar oğlu Səttarzadə (1965-1983), prof. Əlihüseyn Ağa Əli oğlu Quliyev (1983-1999), dos. Eylaz Dilən oğlu Eylazov (2000-2003) rəhbərlik etmişlər. 2004-cü ildən kafedraya prof. Eldar İsa oğlu Əhmədov rəhbərlik edir.

"Fiziki və kolloid kimya" kafedrasının professor-müəllim heyəti:

1. Əhmədov Eldar İsa oğlu - k.e.d., professor, kafedra müdiri

2. Məmmədov Sabit Eyyub oğlu - k.e.d., professor

3. Mirzai Cəbrail İsrafil oğlu - k.e.d., professor

4. Şahverdiyev Yaşar Xankişi oğlu - k.e.n., dosent

5. Mustafayeva Almaz Lətif qızı - k.e.n., dosent 

6. Cəfərov Yasin İsa oğlu  - k.e.n., dosent

7. Qəhrəmanov Taleh Orduxan oğlu  - k.e.n., dosent

8. Mirzəliyeva Səkinə Eylaz qızı  - k.e.n., dosent

9. Kərimli Fuad Şəmsəddin oğlu  - k.e.n., dosent 

10. İsgəndərova Kəbirə Abduləhəd qızı - baş müəllim

Tədris-köməkçi heyəti:

1. Mütəllimzadə Solmaz Rüstəm qızı - laboratoriya müdiri

2. Əzməmmədova  Xuraman Mövlud qızıı - k.ü.f.d., böyük laborant

3. Rüstəmova Xumar Raid qızı - y.e.ü.f.d., böyük laborant

4. Mirzəyeva Arzuxanım Mirakif qızı - k.e.n., böyük laborant 

5. Musayeva  Natəvan Cumal qızı -k.ü.f.d., böyük laborant

6. Nağıyeva Elmira Xeyrulla qızı - böyük laborant

7. Məhərrəmova Lalə Gülbala - böyük laborant

8. Babayeva Turanə Əlləz - böyük laborant

9. Xacıyeva Xatirə Qəyyum qızı - böyük laborant

Kaferdranın elmi istiqaməti kompleks xassələrə malik olan əhəmiyyətli birləşmələrin sintezi və onların fiziki-kimyəvi xassələrinin tədqiqinə həsr edilir. Prof. E.İ.Əhmədov və prof. S.E.Məmmədovun əsas elmi araşdırmaları seolit katalizi, katalizatorların hazırlanması üsulları və fiziki-kimyəvi tədqiqi, n-parafinlərin və aromatik karbohidrogelərin izomerləşməsi, alkilləşməsi, disproporsionlaşması, dizel fraksiyalarının de­pa­rafinləşməsi, metanolun aromatik və olefin karbohidrogenlərə çevrilməsi prosesi üçün effektiv və perspektiv metalseolit katalizatorların hazırlanması və tətbiqinə həsr olunmuşdur.

Prof. S.M.Ha­cı­ye­­vin elmi araş­­­­dır­ma­ları xal­koge­nid­lə­rin sintezinin fiziki-kim­yəvi əsaslarının ya­ra­dılması və ele­mentlərin elektron qu­­ru­luşuna görə xas­sələrinin proq­noz­laş­dırılmasına həsr olunmuşdur.

Dos. Y.İ.Cəfərov funksional xassələrə malik mürəkkəb qeyri üzvi sistemlərin kimyası, termodinamika­sı və materialşünaslığı, dos. Y.X.Şahverdiyev tər­kibində optiki aktiv maddə olan binar və çoxkomponentli sistemlərin fiziki-kim­yəvi tədqiqi ilə məşğul olurlar.

Kafedranın elmi-pedaqoji fəaliyyətinin formalaşmasında mühüm rol oynamış şəxslərdən prof. Vladimir İvanoviç Tixomirov, akad. Murtuza Fətulla oğlu Nağıyev, AMEA-nın müxbir üzvü, prof. Bilal Ataş oğlu Dadaşov, AMEA-nın müxbir üzvü, prof. Vsevolod Fyodoroviç Neqreyev, AMEA-nın müxbir üzvü, prof. Zülfüqar Hüseynqulu oğlu Zülfüqarov, prof. İsrafil Səttar oğlu Səttarzadə, prof. Əlihüseyn Ağa Əli oğlu Quliyev, prof. Səkinə Əşrəf qızı Ələkbərovanın xidmətlərini qeyd etmək lazımdır. Kafedrada
7 elmlər doktoru, 50-dan çox kimya üzrə fəlsəfə doktoru, o cümlədən xarici ölkələr üçün (Koreya, Əfqanıstan, Suriya və s.) 5 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır. Bu müddət ərzində kafedranın əməkdaşlarının 1200-dən çox elmi məqaləsi dərc edilmişdir.

Fiziki və kolloid kimya kafedrasının AMEA-nın akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda 2014-cü ildə filialı yaradılmışdır. Son illər «Agilent» firmasının istehsalı olan «Qaz xromatoqrafı» və s. cihazlar alınmışdır.

Mühazirələr